Zelimxan Xanqoşvilinin qatilinin identifikasiyasını bacardıq və onun kim olduğunu bir neçə günə ictimaiyyət öyrənəcək

Berlinin mərkəzində öldürülən milliyətçə çeçen olan Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətl işi ilə bağlı istintaqı Berlin polisi davam etdirir.

Alman və beynəlxalq medya yazır ki, Xanqoşvilinin sifarişli qətlin qurbanı olduğu ehtimal olunur.

“Belinqkat” layihəsinin alman nəşriyyatı “Şpigel” və Rusiyanın “İnsaideri” tərəfindən birgə keçirilən istintaqın müəllifləri bəyan edirlər ki, Xanqoşvilinin ölümü Rusiya dövləti ilə bağlıdır.

Bu mövzu ilə bağlı Birinci Kanal “Belinqkat” layihəsinin müstəntiqi olan Qristo Qrozef ilə söhbət etdi, hansı ki, Rusiya Təhlükəsizlik Xidməti ilə bağlı işlərin istintaqına rəhbərlik edir.

Apardığınız istintaq haqqında məlumat verə bilərsiniz mi? Rusiya dövlətinin bu işdə əli olması ilə bağlı əsas dəlil mövcuddur mu?

Hazırda istintaqın ilk mərhələsi aparılır. Ümumiyyətlə bir dövlətin qarışması ehtimal olunan cinayətlərin istintaqını iki mərhələyə bölürük. İlk mərhələdə dövlətin iştirakını təsdiqləyən dəlilləri yığmağa çalışırıq, ikinci mərhələdə isə, konkret olaraq, suçlunun identifikasiyasına başlayırıq.

İlk mərhələdə, təsdiqləndi ki, Xanqoşvilinin qətl faktında bir dövlət iştirak edib. Əsas dəlilimiz odur ki, Xanqoşviliyi qətlə yetirməkdə şübhəli hesab etdiyimiz şəxs haqqında heç bir bazada məlumat mövcud deyil. Şübhəlinin pasportu göstərir ki, o Rusiya qanunvericiliyinin tam şəkildə qorunması ilə verilib, ancaq pasportun sahibi olan adam sadəcə olaraq, yoxdur, yəni elə bir adam mövcud deyil.

Rusiya kimi mərkəzləşdirilmiş və korrupsiya içində olan bir iqtidar şəraitlərində, kimsə qanunla saxta pasport ala bilməz və sonra da, federal təhlükəsizlik xidmətləri tərəfindən nəzarət edilən ərazidən gizlicə keçə bilməz.

Bütün bunlar şübhə yaradır ki, Xanqoşvilinin qətli Rusiya dövləti ilə bağlıdır.

Bu qətl əsla iki fiziki şəxs və yaxud biznes-partnyorlar arasında baş verən münaqişənin nəticəsi deyil. Bu Rusiya dövləti təərfindən lisenziya verilən bir cinayətdir.

(Müsahibənin qıza versiyası)