Zekari dağ keçidində avtomobillərin hərəkəti qadağandır
Zekari dağ keçidində avtomobillərin hərəkəti qadağandır

Zekari dağ keçidində avtomobillərin hərəkəti qadağandır. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.

“Güclü qar yağması ilə əlaqədar, daxili dövlət əhəmiyyətli Kutaisi (Sağoria)-Bağdati-Abastumani-Benara avtomobil yolunun 50 km- 89 km (Zekari dağ keçidi) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”- deyə məlumatda bildirilir.