Zaur Darğallı-Marneulidə koronavirus ilə əlaqədar sakinlərin məlumatlandırılması davam etdirilir
Marneuli meri,Zaur Darğallının sözlərinə görə, koronavirus ilə əlaqədar sakinlərin məlumatlandırılması aktiv şəkildə davam etdirilir.Onun, Gürcüstanın Birinci Kanalına bildirdiyi üzrə, son günlər ərzində koronavirus ilə əlaqədar aparılmış 900-dən artıq testdən 700-dən çoxunun cavabı mənfidir.
″Marneulidə srağagün və dünən alınmış 926 analizdən 700-dən çoxunun cavabını bilirik və bu cavablar mənfidir.Geridə qalanları ilə əlaqədar tədqiqat davam etdirilir və gün ərzində cavablar məlum olacaq.Olduqca müsbət dinamika müşahidə olunur və bu da bizi sevindirir.Bildiyiniz kimi, Baş nazirin qeyd etdiyi üzrə,mayın 18-də Marneuli açılır,bu bizlər,Marneuli sakinləri üçün olduqca mühümdür.Həmçinin,aktiv şəkildə sakinlərin məlumatlandırılması prosesini aparırıq.Avtomobillər kəndlər və şəhərdə gəzərək,sakinləri səsli bildiriş vasitəsi ilə məlumatlandırır,eləcə də bütün istiqamətlərdə aktiv işlər aparılır″-deyə Zaur Darğallı bildirib.
Gürcüstan hökumətinin qərarı əsasında,Marneuli mayın 18 -də tam şəkildə açılacaq.Marneuli və Bolnisidə karantin martın 23-də elan olunmuşdu.
Hazırladı-Sevinc Mustafayeva