Zaal Udumaşvili bəyan edir ki, danışıqların davam etməsinin şərti siyasi məhbusların azad edilməsidir
Zaal Udumaşvili bəyan edir ki, danışıqların davam etməsinin şərti siyasi məhbusların azad edilməsidir

“Milli Hərəkatın” üzvü Zaal Udumaşvili bəyan edir ki, iqtidarla danışıqların davam etməsinin şərti siyasi məhbusların azad edilməsidir.

“Gördüyümüz qədəri ilə, iqtidar heç bir güzəştə getmək istəmir, çünki qorxur ki, onlar tərəfindən edilən güzəştlər zəyiflik kimi qəbul ediləcək. Ona görə də, bu mərhələdə danışıqların davam etməsi perspektivini çətin təsəvvür edirəm.

Etirazlar ölkə daxilində və xaricində davam edəcək və nəticədə, ölkənin siyasi böhrandan çıxardılması üçün razılaşmaya nail olmaq, yeganə çıxış yolu olacaq”, – dedi Zaal Udumaşvili.