Yuri Lutsenko - Saakaşvilinin işi ilə bağlı mənə qarşı kolosal təzyiq həyata keçirilir
Yuri Lutsenko - Saakaşvilinin işi ilə bağlı mənə qarşı kolosal təzyiq həyata keçirilir

“Yeni Qüvvələr Hərəkatı” lideri, Mixail Saakaşvilinin işi ilə bağlı, Ukraynanın Baş Prokuroruna qarşı təzyiqlər həyata keçirilir, – bu barədə “feysbuk” sosial şəbəkəsində Baş Prokurorun mətbuat katibi, Larisa Sarqan Yuri Lutsenkoya istinad edərək yazır.

“Düşünürəm, indi bu işin pozulması siyasiləşdirmə ilə baş verir. Son bir həftə ərzində mənə qarşı kolosal təzyiq həyata keçirilir ki, Saakaşvilinin etdiklərinə göz yumam” , – Larisa Sarqanın məlumatına görə, bunu Yuri Lutsenko bəyan edib.

Bununla yanaşı, mətbuat katibini məlumatına görə, FSB və Yanukoviçin bandasından özünü müdafiə edə bilməyən dövlət, dağılmaq üzərədir.

Lutsenkonun dediyinə görə,Ukrayna hökumətini çevirmək üçün Yanukoviçdən pul götürdüyünə görə, Saakaşvili qırmızı xətti keçdi.

Ukraynanın Baş Prokurorunun bəyanatına görə, Saakaşvili günahkar olmasa, sorğulardan hər dəfə yayınmazdı.