Yuri Lutsenko - Saakaşvili Ukraynalı oliqarxdan pul istəyirdi, əvəzinə isə, ona qarşı qaldırılan cinayət işinə mane olacağını söz verirdi
Yuri Lutsenko - Saakaşvili Ukraynalı oliqarxdan pul istəyirdi, əvəzinə isə, ona qarşı qaldırılan cinayət işinə mane olacağını söz verirdi

Ukraynanın baş prokurorunun dediyinə görə, Mixail Saakaşvili və onun mühiti Rusiyaya qaçan Ukraynalı oliqarx Sergey Kurçenkodan maliyyə yardımı istəyirdi və pulun əvəzinə ona qarşı Ukraynada qaldırılan cinayət işinə mane olacağını söz verirdi.

Bu bəyanatı Yuri Lutsenko Brüsselə səfər zamanı “Doiçe Velle” ilə müsahibəsində verdi.

Ukraynanın baş prokuroru bəyan edir ki, istintaq dəqiq bilir ki, etiraz aksiyalarının maliyyələşdirilməsi üçün Kurçenkonun ofisindən 200 min avro köçürülüb.

“İstintaq davam edir və ilk siqnalımız var. Ekspertiza artıq Kurçenko və Saakaşvili arasındaki telefon söhbətinin həqiqiliyini təsdiqlədi. Bundan sonra olacaqar isə, öncə prokurorluq, sonra isə, məhkəmə qərarından asılıdır” – dedi Lutsenko.

Onun dediyinə görə, Ukraynaya müxalifət və sağlam tənqid lazımdır, ancaq etiraz aksiyaları Ukrayna xalqından oğurlanan pul ilə keçirilməməlidir.