Yunanıstan Ukrayna taxılının ixracı üçün Egey dənizindəki limanlarından istifadə etməyi təklif edir
Yunanıstan Ukrayna taxılının ixracı üçün Egey dənizindəki limanlarından istifadə etməyi təklif edir

Yunanıstan Ukrayna taxılının ixracı üçün Egey dənizindəki limanlarından istifadə etməyi təklif edir.

Yunanıstan hökuməti artıq Aİ və üçüncü ölkə tərəfdaşları, xüsusən də Britaniya ilə Ukrayna taxılının bir hissəsini dəniz yolu ilə Yunanıstan limanlarına, yəni Saloniki və Aleksandropulosa daşımaq təklifini müzakirə edib.

Taxıl Rumıniya və Bolqarıstan üzərindən dəmir yolu ilə limanlara daşına bilər və Yunanıstanın ticarət gəmiləri gələcək daşımalarda mühüm rol oynayacaq.

Xatırladaq ki, Litva və Xorvatiya artıq ixraca kömək etmək üçün öz limanlarından istifadə etməyi təklif ediblər.