Yunan-Roma Güləşi | Leri Abuladze ardıcıl üçüncü dəfə dünya çempionatının finalındadır #1TVSPORT
Serbiyanın paytaxtı Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatının yarımfinalında Leri Abuladze (63 kq) fransalı Stefan Klemensə 3:1 hesabı ilə qalib gələrək, ardıcıl üçüncü dəfə dünya çempionatının finalına yüksəlib. Karyerasında ilk qızıl medalı qazanmaq üçün gürcü pəhləvan sabah, sentyabrın 24-də azərbaycanlı Murad Məmmədovla qarşılaşacaq.
Bu gün turnirdə iştirak edən daha iki güləşçimiz Conni Xetsuriani (67 kq) və Laşa Qobadze (87 kq) yarımfinala çıxa bilməyib. Dünən Nuqzar Tsurtsumia (55 kq) gümüş medal qazanıb.
İki gün əvvəl Belqradda başa çatan sərbəst güləşçilərin dünya çempionatında Gürcüstan millisi 4 medal qazanıb. Givi Maçaraşvili (97 kq) və Şota Fartenadze (61 kq) bürünc, Vladimir Qamkrelidze (79 kq) və Geno Petriaşvili (125 kq) isə gümüş medala sahib olublar.
Petriaşvili və Maçaraşvili medalla yanaşı, Paris Olimpiadasına da səfərlər qazanıblar. Gürcüstan millisi ümumi komanda hesabında üçüncü yeri tutub, komandamız yalnız ABŞ və İrandan geri qalıb.
Müəllif -
Mehemmed Bayramaliyev