Yunan-Roma güləşi I Gürcüstan yığması 20 yaşadək idmançılardan ibarət dünya çempionatını dörd medalla başa vurub #1TVSPORT
İordaniyanın paytaxtı Əmmanda başa çatan yunan-roma güləşi üzrə dünya çempionatında Gürcüstan yığması dörd medal qazanaraq ümumi komanda hesabında ikinci yeri tutub.
Açiko Bolkvadze (87 kq) qızıl medal qazanıb. O, 15-17 yaş arası idmançılar arasında Avropa və dünya çempionudur. Bu il isə 20 yaşadək idmançılar arasında əvvəlcə Avropa çempionatının qalibi, indi isə dünya birincisi oldu.
Gümüş medalı Qor Ayvazyan (97 kq) qazanıb. O, keçən il 17 yaşadək idmançılar arasında dünya çempionu olub, bu il isə U20 Avropa çempionatının qalibi olub. Bürünc medalları yığmanın debütantları Anri Putkaradze (72 kq) və Data Çxaidze (82 kq) qazanıblar.
Xatırladaq ki, dörd gün əvvəl Əmmanda 20 yaşadək gənclər arasında sərbəst güləş üzrə dünya çempionatı başa çatıb və Qiorqi Romelaşvili və Qiorqi Qoqrichiani bürünc medal qazanıblar.