Yüksək dağlıq regionlar üçün nəzərdə tutulan güzəştlərdən yenə 15 kəndin əhalisi istifadə edəcək
Yüksək dağlıq regionlar üçün nəzərdə tutulan güzəştlərdən yenə 15 kəndin əhalisi istifadə edəcək.
Bu barədə qərar Dağ İnkişafının Milli Şurasının iclasında qəbul edildi.
İclasda Regional İnkişaf və İnfrastruktura Naziri Zurab Alavidze 2017-ci ilin “yüksək dağlıq yerlərinin inkişafı haqqında” hesabatı təqdim etdi.
Bu layihə üçün büdcədən 66 160 379.56 lari xərclənəcək.
Yüksək dağlıq yerlərində yaşayan şəxslər vergi ödənişlərindən azad ediləcəklər və həmçinin mobil komunikasiya imkanları ilə təmin ediləcəklər” – deyilir Regional inkişaf və İnfrastruktura Nazirliyinin bəyanatında.