Yuxarı-Poniçalada yaşayan 36 ailənin evi bir lariyə qanuniləşdirildi
Yuxarı-Poniçalada yaşayan 36 ailənin evi bir lariyə qanuniləşdirildi

Tbilisinin meri Kaxa Kaladze Yuxarı-Poniçalada yaşayan 36 ailənin yaşayış evini, simvolik qiymətə bir lariyə qanuniləşdirdi.

Kaladzenin bəyanatına görə, Tbilisi Meriyası, illərdir evlərini qanuniləşdirə bilməyən vətəndaşların problemlərini həll etməyə başladı.

“Təəssüf ki, illərdir qanuniləşdiriləməyən evlərdə yaşayan ailələr həddindən çoxdur. Biz bu problemin həllinə başladıq və bu proses davam edəcək. Evini qanuniləşdirə bilən insanların sevincini görürəm və onları təbrik edirəm” – dedi Kaladze.