Rikotidə yük avtomobilləri də məhdudiyyətsiz hərəkət edə biləcək
Rikotidə yük avtomobilləri də məhdudiyyətsiz hərəkət edə biləcək

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında, Rikotidə yük avtomobillərinin də məhdudiyyətsiz hərəkət edə biləcəyi deyilir.

Avtomobil Yolları İdarəsinin məlumatına əsasən, bu gündən etibarən Rikoti dağ keçidində xüsusi hərəkət rejimi ləğv edilib.

“Rikoti dağ keçidi ilə hərəkətin xüsusi rejimi yük avtomobilləri üçün də ləğv edilib. Görülən tədbirlər nəticəsində Rikotinin mövcud (köhnə) yolunun 149-cu km-də nəqliyyatın hərəkətini qoşmaq üçün dolama yol təşkil edilib. Müvafiq olaraq, yanvarın 30-dan etibarən Rikoti dağ keçidi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti gecə və gündüzün istənilən saatında mümkün olacaq- məlumatda qeyd olunur.