Yolun Qudauri-Kobi hissəsində avtomobillərin hərəkəti qadağandır
Yolun Qudauri-Kobi hissəsində avtomobillərin hərəkəti qadağandır

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir və bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qurumdan verilən məlumata görə, magistralın qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.