Yoav Qalant - "Hizbullah" səhv edir, Qəzzada etdiyimizi, Beyrutda da edə bilərik
Yoav Qalant - "Hizbullah" səhv edir, Qəzzada etdiyimizi, Beyrutda da edə bilərik

İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, “Hizbullah” Livanı müharibəyə sürükləyir.

Qallant Livan şiə qruplaşması Hizbullahın lideri Həsən Nəsrullahın televiziya ilə çıxışında İsraillə cəbhənin aktiv qalacağını bildirən bəyanatına cavab verib.

Qalantın qeyd etdiyinə əsasən, “Hizbullah” səhvlər edir.

“İlk növbədə bunun əvəzini ödəyəcək olan Livan vətəndaşlarıdır. Qəzzada nə ediriksə, Beyrutda da edə bilərik”, – deyə Qalant İsrailin şimalındakı hərbçiləri ziyarət edərkən bildirib.