Yezidlər "Aida Sarsale" bayramını qeyd edirlər [Fotolar]
Yezidlər "Aida Sarsale" bayramını qeyd edirlər [Fotolar]

Yezidlər “Aida Sarsale” bayramını qeyd edirlər, hansı ki, onların dini təqvimi ilə yeni ilin gəlməsi mənasını daşıyır və hər ilin aprel ayında qeyd edilir.

“Aida Sarsale” bayramı ilə bağlı Tbilisidə yezidlərin dini məkanlarında müvafiq rituallar keçirildi.

Bu bayramda yezid kürtləri yumurta boyayırlar və çöl çiçəklərini toplayırlar.

Yezidlərin bayram fəlsəfəsində yumurta həyat simvoludur və bu bayram ilkbahar fəslində həyatın dirilməsi və rəngarəngliyi ilə bağlıdır.