Yerevan merinin təşəbbüsü ilə Ermənistan paytaxtının sakinlərini işə daha ərkən başlamaq üçün saat 07:00-da musiqi səsi oyadacaq
Yerevan merinin təşəbbüsü ilə Ermənistan paytaxtının sakinlərini işə daha ərkən başlamaq üçün saat 07:00-da musiqi səsi oyadacaq

 
Yerevan merinin təşəbbüsü ilə Ermənistan paytaxtının sakinlərini və qonaqları saat 07:00-da musiqi səsi oyadacaq.

Media, bu barədə Hrachia Sarkisyanın “Facebook” səhifəsində yazdığına dair məlumat verir. O, iş gününün səhərin erkən saatlarında başlamalı olduğunu bildirib.

” Şəhərin səhər tezdən oyanmalı, iş gününün ərkən başlamalı olduğuna əminəm. Bundan sonra səhər saat 07:00-dan saatda bir dəfə meriya saatının musiqisinin səsi şəhərin bütün 12 inzibati rayonunda eşidiləcək” – deyə Yerevan meri yazır.

Bundan başqa, Yerevan vətəndaşları opera teatrının binasında quraşdırılmış ekrandan dəqiq vaxtı və havanın temperaturunu öyrənə bilmə imkanına malik olacaqlar.