Yens Stoltenberq - Ukraynaya dəstəyi təmin etməliyik, eyni zamanda bu münaqişənin NATO və Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməməsi üçün məsuliyyət daşıyırıq
NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, alyans Ukraynaya dəstəyi təmin etməli, lakin münaqişənin NATO ilə Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməməsi üçün çalışmalıdır.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun fövqəladə sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Stoltenberqin sözlərinə görə, məhz buna görə NATO müttəfiqləri Ukraynaya qoşun yeritməyəcəklərini bildirirlər.
“Bir tərəfdən, Ukraynaya dəstəyi təmin etməliyik. Eyni zamanda, bu münaqişənin NATO və Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməməsi üçün məsuliyyət daşıyırıq. Məhz buna görə müttəfiqlər açıq şəkildə bildirirlər ki, biz Ukraynaya qoşun yeritməyəcəyik, çünki bunu etmək üçün yeganə yol Rusiya qoşunları ilə tammiqyaslı münaqişəyə hazırlaşmaqdır”-deyə Stoltenberq bildirib.