Yens Stoltenberq - şənbə-bazar günü baş verən hadisələr Rusiyanın daxili işidir və Putinin Krımın qanunsuz ilhaqı və müharibə ilə etdiyi böyük strateji səhvi bir daha nümayiş etdirir
Yens Stoltenberq - şənbə-bazar günü baş verən hadisələr Rusiyanın daxili işidir və Putinin Krımın qanunsuz ilhaqı və müharibə ilə etdiyi böyük strateji səhvi bir daha nümayiş etdirir

 

Rusiyada “Vaqner” muzdlu qruplaşmasının dayandırdığı qiyam Moskvanın Ukraynaya qarşı müharibəyə başlamaqla strateji səhvə yol verməsindən xəbər verir-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.

“Şənbə-bazar günü baş verən hadisələr Rusiyanın daxili işidir və Rusiya Prezidenti Vladimer Putinin Krımın qanunsuz ilhaqı və Ukraynaya qarşı müharibə ilə etdiyi böyük strateji səhvi bir daha nümayiş etdirir”-deyə Stoltenberq açıqlayıb.

Stoltenberq qeyd edib ki, Rusiya Ukraynaya hücumlarını davam etdirir və hazırda Ukraynaya dəstək daha da vacibdir.