Yens Stoltenberq - prezident Zelenski ilə Ukraynadakı proseslər və NATO sammitinə hazırlıqla bağlı çox yaxşı söhbətim oldu
Yens Stoltenberq - prezident Zelenski ilə Ukraynadakı proseslər və NATO sammitinə hazırlıqla bağlı çox yaxşı söhbətim oldu

 

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO sammitinə hazırlıqla bağlı çox yaxşı söhbət etdiyini bildirib.

“Prezident Zelenski ilə Ukraynadakı hadisələr və NATO sammitinə hazırlıqla bağlı çox yaxşı söhbətim oldu”–deyə Stoltenberq “Twitter” hesabında yazır.

NATO-nun baş katibi qeyd edib ki, Vilnüsdə Alyans üzvləri uzunmüddətli perspektivdə dəstəyi artırmağa, siyasi əlaqələri yeniləməyə və Ukraynanı NATO-ya yaxınlaşdırmağa qərar verəcəklər.

İyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Bundan əvvəl NATO Yens Stoltenberqin Alyansın baş katibi vəzifəsində qalma müddətini daha bir il uzadıb.