Yens Stoltenberq NATO-nun baş katibi vəzifəsindəki müddətinin bir il uzadıldığını təsdiqləyib
Yens Stoltenberq NATO-nun baş katibi vəzifəsindəki müddətinin bir il uzadıldığını təsdiqləyib

 

Yens Stoltenberq 2024-cü ilin oktyabrın 1-dək NATO-nun baş katibi postunu tutacaq.

Müddətin uzadılmasını Stoltenberqin özü rəsmən təsdiqləyib.

“NATO müttəfiqlərinin baş katib kimi səlahiyyət müddətimi 2024-cü ilin oktyabrın 1-dək uzatmaq qərarından şərəf duyuram. Avropa ilə Şimali Amerika arasındakı transatlantik əlaqə 75 ilə yaxındır ki, bizim azadlığımızı və təhlükəsizliyimizi təmin edib və daha təhlükəli dünyada ittifaqımız hər zamankindən daha vacibdir”-deyə Yens Stoltenberq “Twitter” hesabında yazır.