Yens Stoltenberq - NATO-nun Açıq Aapı Siyasəti və Aİ-nin Genişlənmə Proqramı Avropada azadlığın, demokratiyanın yayılmasına kömək etdi, bu, tarixi uğur olub və olmaqda davam edir
Yens Stoltenberq - NATO-nun Açıq Aapı Siyasəti və Aİ-nin Genişlənmə Proqramı Avropada azadlığın, demokratiyanın yayılmasına kömək etdi, bu, tarixi uğur olub və olmaqda davam edir

 

NATO-nun Açıq Qapı Siyasəti və Aİ-nin Genişlənmə Proqramı Avropada azadlığın, demokratiyanın və rifahın yayılmasına kömək etdi. Bu, tarixi uğur olub və olmaqda davam edir-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Madriddə, İspaniyanın NATO-ya qəbulunun 40-cı ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İspaniya tərəfindən Ukraynaya dəstək kritik əhəmiyyətə malikdir.

“Rusiyanın Ukraynada qəddar və əsassız müharibəsinə cavab olaraq, İspaniya Avropanı müdafiə etmək üçün əlavə qüvvələr, gəmilər və təyyarələr səfərbər etməklə müdafiə və cilovlama gücümüzdə mühüm rol oynayır. İspaniyanın BMT Nizamnaməsində də təsbit edildiyi kimi Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək istiqamətində, onun müharibəni bitirməsi və münaqişəni sülh yolu ilə həll etməsi üçün Ukraynaya dəstəyi həm təhlükəsizlik, həm də humanitar baxımından kritik əhəmiyyət daşıyır.

1997-ci ildə Madrid tarixi sammitə ev sahibliyi etdi. Macarıstan, Polşa və Çexiya ittifaqımıza qoşulmaq barədə danışıqlara dəvət edildi. Keçmiş rəqiblər yeni dostlara çevrildilər. NATO-nun Açıq Aapı Siyasəti və Aİ-nin Genişlənmə Proqramı Avropada azadlığın, demokratiyanın yayılmasına kömək etdi, bu, tarixi uğur olub və olmaqda davam edir”-deyə Yens Stoltenberq bildirib.

NATO-nun baş katibi iyunda Madriddə keçirilməsi planlaşdırılan sammitdən də danışıb.

“Gələn ay Madrid daha bir tarixi sammitə ev sahibliyi edəcək. Bu halda kontekst çox fərqlidir. Yeni bir azadlıq partlayışı deyil, soyuq qarşıdurmadır. Rusiya Ukrayna ilə təcavüzkar müharibə aparır. Avtoritar rejimlər qaydalara əsaslanan beynəlxalq nizamı təhdid edir. Çinin siyasəti bizim təhlükəsizliyimizə, dəyərlərimizə təhdiddir. Çin hər bir ölkənin öz yolunu seçmək hüququna açıq şəkildə qarşı çıxmaq üçün Rusiyaya qoşulub. Biz həmçinin qəddar terrorizmin, qeyri-sabit cənubun, müasir kiberhücumların, dağıdıcı yeni texnologiyaların və iqlim dəyişikliyinin nəticələri ilə üzləşirik. Bütün bunlar bizim təhlükəsizliyimizə, demokratik həyatımıza meydan oxuyur. Madrid Sammitində biz növbəti onillik üçün yolumuzu planlaşdıracağıq. Biz çəkindirmə və müdafiəmizi bərpa edəcəyik, tərəfdaş ölkələr və təşkilatlarla, o cümlədən Avropa İttifaqı və Hind-Sakit okean hövzəsi ölkələri ilə əməkdaşlığımızı dərinləşdirəcəyik. Alyansa qoşulmaq üçün bu yaxınlarda tarixi müraciət etmiş Finlandiya və İsveç də sammitdə bizə qoşulacaq. Madrid Sammiti NATO dəyərlərinə sadiqliyimizi bir daha təsdiqləmək üçün mühüm fürsətdir və Avropa, Amerika üçün NATO-da birgə işləmək üçün çox vacibdir. Qlobal rəqabətin artdığı bu dövrdə bizim birliyimiz bizim gücümüzdür” -deyə Yens Stoltenberq bildirib.