Yens Stoltenberq müttəfiqlərin Vilnüs zirvə görüşündə Ukraynanın NATO-ya rəsmi dəvəti məsələsini müzakirə etməyəcəklərini bildirib
Yens Stoltenberq müttəfiqlərin Vilnüs zirvə görüşündə Ukraynanın NATO-ya rəsmi dəvəti məsələsini müzakirə etməyəcəklərini bildirib

 
NATO-nun baş katibi Yens Stoltenberq müttəfiqlərin Vilnüs zirvə görüşündə Ukraynanın NATO-ya rəsmi dəvəti məsələsini müzakirə etməyəcəklərini bildirib.

“Vilnüs sammitində və sammitə hazırlıq prosesində biz rəsmi dəvətin verilməsini nəzərdən keçirmirik. Biz Ukraynanı NATO-ya necə yaxınlaşdıracağımızı müzakirə edəcəyik. Məsləhətləşmələr davam edir”-deyə Stoltenberq Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı açıqlayıb.

NATO-nun baş katibi alyansın qapısının Ukrayna üçün açıq olduğunu, lakin müttəfiqlərin ölkənin nə vaxt alyansa üzv olacağına qərar verməsi gərəkdiyini bildirib.

“Biz NATO-nun qapısının açıq olması ilə razıyıq. Finlandiya və İsveçi dəvət etməklə bunu sübut etdik. Biz həmçinin 2008-ci ildə Ukraynanın alyansa üzv olacağı ilə bağlı dediklərimizlə razıyıq. Biz həmçinin razılaşırıq ki, bu, Rusiya üçün deyil, bu, Ukrayna üçündür və NATO-nun müttəfiqləri Ukraynanı nə vaxt dəvət etmək üçün uyğun vaxt olduğuna qərar verəcəklər. Rusiyanın NATO qərarlarına veto qoymaq hüququ yoxdur” -deyə Stoltenberq qeyd edib.