Yens Stoltenberq - Müharibənin getdiyi müddətdə Ukraynanın NATO-ya daxil olması gündəmdə deyil
Yens Stoltenberq - Müharibənin getdiyi müddətdə Ukraynanın NATO-ya daxil olması gündəmdə deyil

Davam edən müharibə zamanı Ukraynanın NATO-ya qəbulu gündəmdə deyil – Brüsseldə “Alman Marşal Fondu”nun təşkil etdiyi müzakirə zamanı NATO-nun baş katibi Yens Stoltenberq bu haqda danışıb.

Tədbirdə NATO-nun Vilnüsdə keçirilməsi planlaşdırılan sammitinə hazırlıq müzakirə olunub.

“Hamı başa düşür ki, müharibənin ortasında qoşulmaq gündəmdə deyil. Sual daha çox müharibə bitəndə nə baş verəcəyi ilə bağlıdır”, – Stoltenberq bildirib.

Eyni zamanda Stoltenberq NATO-nun “açıq qapı” siyasətini təsdiqləyib.

“Biz hamımız razıyıq ki, NATO-nun qapısı yeni üzvlər üçün açıqdır və NATO-nun müttəfiqləri və onların nə vaxt qoşulacağına Moskva deyil, Ukrayna qərar verəcək. Rusiyanın veto hüququ yoxdur. Biz həmçinin razılaşırıq ki, hazırda ən aktual və vacib vəzifə Ukraynanın suveren, müstəqil ölkə kimi qalib gəlməsini təmin etməkdir. Çünki Ukrayna qalib gəlməsə, üzvlük məsələsi müzakirə olunmayacaq” – Stoltenberq bildirib.

Yens Stoltenberqin sözlərinə görə, Vilnüs sammitində müttəfiqlər ən azı Ukraynanı NATO-ya yaxınlaşdıracaq və onu alyansa daha da uyğunlaşdıracaq proqrama dair razılaşacaqlar.