Yens Stoltenberq - Madrid Sammiti həlledici olacaq, biz daha təhlükəli və proqnozlaşdırılmayan dünyada NATO-nun proqramı olacaq yeni strateji konsepsiya üzərində razılaşacağıq
Yens Stoltenberq - Madrid Sammiti həlledici olacaq, biz daha təhlükəli və proqnozlaşdırılmayan dünyada NATO-nun proqramı olacaq yeni strateji konsepsiya üzərində razılaşacağıq

 
Biz Ukraynanın özünümüdafiə hüququnu qorumasına kömək etmək üçün hərtərəfli yardım paketi haqqında razılaşacağıq-bu barədə
NATO-nun baş katibi Yens Stoltenberq Madriddə İspaniyanın baş naziri Pedro Sançeslə birgə keçirilən mətbuat konfransında danışıb.

Yens Stoltenberqin də qeyd etdiyi kimi, Madriddə olduqca vacib sammit keçirilir.

“Madrid sammiti həlledici sammit olacaq.  Biz daha təhlükəli və proqnozlaşdırılmayan dünyada NATO-nun proqramı olacaq yeni strateji konsepsiya üzərində razılaşacağıq. Biz Ukraynanın özünümüdafiə hüququnu qorumasına kömək etmək üçün hərtərəfli yardım paketi haqqında razılaşacağıq. Dəstəyimizi davam etdirməyə hazır olmağımız olduqca vacibdir, çünki Ukrayna İkinci Dünya Müharibəsindən bəri Avropada görmədiyimiz qəddarlıqla üz-üzədir. Həmçinin ümid edirik ki, Finlandiya və İsveçin üzvlük məsələsində irəliləyiş olacaq. Biz həmçinin, daha təhlükəli dünyada müdafiə qabiliyyətinə malik olmağı, müdafiəmizə daha çox sərmayə qoymalı olduğumuzu bildirəcəyik”- deyə Stoltenberq bildirib.