Yens Stoltenberq - Finlandiyanın NATO-ya üzvlüyü NATO-nun qapısının açıq olduğunu və Finlandiyanın öz gələcəyini özünün müəyyənləşdirdiyini göstərəcək
Yens Stoltenberq - Finlandiyanın NATO-ya üzvlüyü NATO-nun qapısının açıq olduğunu və Finlandiyanın öz gələcəyini özünün müəyyənləşdirdiyini göstərəcək

 

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Finlandiyanın NATO-ya üzvlüyü NATO-nun qapısının açıq olduğunu və Finlandiyanın öz gələcəyini özünün müəyyənləşdirdiyini göstərəcək.

Yens Stoltenberq, Finlandiyanın NATO-ya daxil olmasının həm Finlandiyanın özünü, həm də NATO-nun təhlükəsizliyini gücləndirəcəyini bildirir.

Yens Stoltenberqin bəyanatını mətbuat xidməti “Twitter” vasitəsilə yayıb.

“Mən Finlandiya prezidenti və baş nazirinin ölkə tərəfindən NATO-ya üzvlük müraciətinin gecikmədən edilməsini dəstəkləyən birgə bəyanatını alqışlayıram. Bu, Finlandiyanın suveren qərarıdır və NATO ona hörmət edir. Finlandiya müraciət etmək qərarını versə, onları NATO-da hərarətlə salamlayacaqlar, üzvlük prosesi tez və maneəsiz başa çatacaq. Finlandiya NATO-nun yaxın tərəfdaşıdır, yetkin demokratiya, Avropa İttifaqının üzvüdür və Avro-Atlantik təhlükəsizliyə önəmli töhfə verir. Mən Finlandiyanın NATO-ya daxil olmasının həm bu ölkənin özünün, həm də NATO-nun təhlükəsizliyini gücləndirəcəyinə dair ölkənin baş naziri və prezidentinin mövqeyi ilə razıyam. Finlandiyanın NATO-ya üzvlüyü NATO-nun qapısının açıq olduğunu və Finlandiyanın öz gələcəyini özünün müəyyənləşdirdiyini göstərəcək” -deyə bəyanatda deyilir.

Finlandiya prezidenti və baş naziri birgə bəyanat yayaraq, Finlandiyanın NATO-ya üzv olmaq üçün ən qısa zamanda müraciəti təqdim etməli olduğunu bildiriblər.