Yeniyetmələrin qətli ilə bağlı ittiham edilənlərin məhkəmə prosesi bugün keçiriləcək
Tbilisidə Xorava küçəsində yeniyetmələrin qətli ilə bağlı ittiham edilən digər yeniyetmələrin məhkəmə prosesi bugün keçiriləcək.
Tbilisi Şəhər Məhkəməsində proses 15:00-da başlayacaq.
İclas qapalı olacaq.
Yeniyetmələrdən birinin vəkili bəyan edir ki, onun qoruması altında olan gənc bu vaxta qədər susmaq haqqından istifadə edir.
Müdafiyə tərəfi məhkəmədə tələb edəcəklər ki, ittiham edən tərəfin təqdim etdiyi dəlillər sual işarəsi altında olsun.
“Hər iki tərəf də, öz dəlillərimizi təqdim edəcəyik və ancaq ondan sonra hansının məqbul olduğu haqqında qərar veriləcək. Bu böyük vaxt tələb edən bir məsələdir”, – dedi vəkil Vaxtanq Abesadze.
Xatırladaq ki, Xorava küçəsində məktəbin yanında yeniyetmələr arasında baş verən münaqişə nəticəsində iki yeni yetmə bıçaqla yaralanaraq, həyatını itirdi.