Yeni yetmələr arasında baş verən münaqişə ilə bağlı, Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayır
Yeni yetmələr arasında baş verən münaqişə ilə bağlı, Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayır

Daxili İşlər Nazirliyi Tbilisidə, Xorava küçəsində, yeniyetmələr arasında baş verən münaqişə ilə bağlı rəsmi bəyanat yayır.

“Cari ilin dekabrın 1-də, saat 14:00-da Daxili İşlər Nazirliyinin təcili yardım operativ mərkəzi “112”-yə, xəbər gəldi ki, Tbilisidə, Xorava küçəsində yeniyetmələr arasında münaqişə baş verib. Daxil olan xəbərə, polis təcili reaksiya göstərdi və  hadisə yerinə təcilli tibbi yardım ilə bərabər, operativ şəkildə getdi.

İlkin məlumata görə, yeniyetmələr arasında baş verən münaqişə zamanı iki yeniyetmə yaralandı. Onlardan biri xəstəxanaya çatmamış yolda öldü, digəri isə, ağır vəziyyətdə xəstəxanadadır.

Baş verən faktla bağlı hadisə yerində istintaq aparılır” – deyilir DİN-in bəyanatında.