Covid-19 insandan insana yayılır, ancaq toxunma ilə o qədər də çox yoluxmur, – bu barədə məlumatı “Vaşinqton Post” yeni tədqiqata istinadən yayır.
ABŞ-ın Xəstəliklər Nəzarəti və Prevensiya Mərkəzinin rəhbərlik etdiyi yeni tədqiqat iddia edir ki, koronavirus insanların yaxın ünsiyyəti zamanı yoluxur. Tədqiqata əsasən, virus infeksiyalı əşyalara və infeksiyalı heyvanlara toxunulma zamanı daha az yayılır.
ABŞ-ın Xəstəliklər Nəzarəti və Prevensiya Mərkəzinin spikeri Kristen Norlund bəyan edir ki, virus daha tez infeksiyalı insandan digərinə yayılır və buna görə, sosiyal məsafənin qorunması tədbirlərinin qüvvədə qalması virusdan qorunmanın ən effektiv yoludur.
Hər bir insanın qoruması gərəkdiyi məsafə isə, iki metr olmalıdır.