Yeni mikroavtobuslarla yolçuluğun qiyməti 50 tetri olacaq
Yeni mikroavtobuslarla yolçuluğun qiyməti 50 tetri olacaq

Tbilisinin vitse-meri İrakli Xmaladzenin bəyanatına görə, yeni mikroavtobuslarla yolçuluğun qiyməti 50 tetri olacaq.

Onun dediyinə görə, yeni mikroavtobuslar vahid ödəniş sisteminə aprelin birindən qoşulacaqlar.

“Yolçuluq qiyməti 50 tetri olacaq, digər mikroavtobusa keçmək isə, ödənişdən 90 dəqiqə ərzində mümkün olacaq”, – dedi İrakli Xmaladze.