Yeni koronavirusun prevensiyası məqsədi ilə, Gürcüstan iqtidarı fəaliyyət planını təsdiqlədi
Gürcüstanın baş naziri Giorgi Qaxarianın sərəncamı ilə, Gürcüstanda koronavirusun yayılması ehtimalının aradan qaldırılması məqsədi ilə, Gürcüstana Çin Xalq Pespublikasından gələn birbaşa aviareyslər 2020-ci ilin martın 29-na qədər dayandırılacaq.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, yeni koronavirusun qarşısını almaq məqsədi ilə, Gürcüstan iqtidarı (N64) nömrəli sərəncamı verdi və fəaliyyət planını təsdiqlədi.
Sərəncama əsasən, hər bir idarəyə kompetensiya çərçivəsində, müvafiq addımların atılması tapşırıldı. Gərəkən halda, Səhiyyə və Maliyyə Nazirlikləri tərəfindən pul resursları ayrılacaq.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, fəaliyyət planı ictimaiyyətin və medyanın düzgün məlumatlaşdırılmasını da nəzərdə tutur. Gürcüstanın İctimai Yayımçısından isə, koronavirusun yayılmasının qarşısını almaq tədbirləri və ümumiyyətlə koronavirus haqqında doğru məlumatın yayılması tələb olunur.