Yeni il üçün Tbilisidə "Santa kompleksi" hazırlanacaq

Yeni il şənliklərinə qədər Tbilisidə “Santa kompleksi” qurulacaq.

Tbilisi Meriyası kompleksin hazırlanması ilə bağlı tender elan edib.

Layihənin dəyəri təqribən 258 min lari olacaq.

İki mərtəbəli konstruksiyada “Şaxta baba” otağı, kino zalı və Santanın mətbəxi yerləşdiriləcək.

Kompleks müxtəlif tipli dekorasiyalarla bəzədiləcək.

Santa kompleksi dekabrın 25-dən yanvarın 13-nə qədər duracaq.