"Yeni qüvvələr" hərəkatında bəyan edirlər ki, Mixeil Saakaşvili tərəfindən Petro Poroşenkoya qarşı təqdim edilən sənədlər itib
"Yeni qüvvələr" hərəkatında bəyan edirlər ki, Mixeil Saakaşvili tərəfindən Petro Poroşenkoya qarşı təqdim edilən sənədlər itib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynadaki partiyası “Yeni qüvvələr” hərəkatında bəyan edirlər ki, Mixeil Saakaşvili tərəfindən məhkəmədə Ukrayna prezidenti Petro Poroşenkoya qarşı təqdim edilən sənədlər itib.

Qeyd olunan məsələ ilə bağlı Ukraynanın Ali Məhkəməsinin Kasasiya İnzibati Məhkəməsində bugün iclas keçirildi.

 

“Yeni qüvvələr hərəkatı”-nın üzvləri bəyan edirlər ki, Poroşenko tərəfindən Saakaşviliyə Ukrayna vətəndaşlığını verən sənəd saxtadır.

Xatırladaq ki, Məhkəmə, Saakaşvili tərəfindən, Poroşenkonun da iclaslarda iştirak etməsi haqqında tələbini qəbul etmədi.

Mixeil Saakaşviliyə  Ukrayna vətəndaşlığı 2015-ci ilin may ayında verildi, 2017-ci ilin iyulunda isə, geri alındı.