Yeni doğulan uşağı satmaq ittihamı ilə Maliyyə Nazirliyinin əməkdaşları, aralarında həkim də olan yeddi nəfəri həbs etdilər
Yeni doğulan uşağı satmaq ittihamı ilə Maliyyə Nazirliyinin əməkdaşları, aralarında həkim də olan yeddi nəfəri həbs etdilər

Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları, keçirdikləri operativ-axtarış əməliyyatları nəticəsində, əvvəlcədən razılaşaraq, yeni doğulan uşağı satmaq faktında yeddi nəfəri həbs etdilər.

İstintaq xidmətində bəyan edirlər ki, həbs edilənlər arasında yeni doğulan uşağın anası və doğum evinin həkimi də var.

Həbs edilənlərdən biri, keçmişdə eyni cinayətə görə məsuliyyətə cəlb eolunmuşdu.

Həbs edilənlər yeni doğulan uşağın əvəzinə 13 000 dollar tələb ediblər.

Nazirliyinin məlumatına görə, qeyd olunan cinayət 14-dən 17 ilə qədər həbs cəzasını nəzərdə tutur.