Yelisey Sarayından verilən məlumata görə, Emmanuel Makron Rəcəb Tayyib Ərdoğanla söhbətində Finlandiya və İsveçin suveren seçiminə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb
Emmanuel Makron Rəcəb Tayyib Ərdoğanla söhbətində Finlandiya və İsveçin suveren seçiminə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb-bu barədə Yelisey Sarayı tərəfindən yayılmış bəyanatda deyilir.
Fransa Prezident Administrasiyasının məlumatında, Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyinin demokratik proseslərdən irəli gəldiyi və onların təhlükəsizlik mühitindəki dəyişikliklərə reaksiyası olduğu deyilir.
Yelisey Sarayının məlumatında, Fransa və Türkiyə prezidentlərinin Ukraynadakı müharibədən də danışdıqları, atəşin dayandırılmalı və hər kəsin beynəlxalq humanitar hüquqa hörmət etməli olduğunu qeyd etdikləri deyilir.
“Bir çox ölkələrin ərzaq təhlükəsizliyinin asılı olduğu Ukraynanın dənli bitkilərinin ixracının zəruriliyinə toxunulub .Onlar məhsulun Ukraynadan kənara daşınması üçün Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə müəyyən edilmiş müxtəlif mümkün marşrutları müzakirə ediblər və tezliklə həll yolu tapmaq üçün əlaqə saxlayacaqlarına dair razılaşıblar”- deyə bəyanatda deyilir.