"Yaşıl məktəbdə" baş verən insindentlə bağlı yenə bir yeniyetmə özünə xəsarətlər yetirdi
Dövlət İnspektoru Xidmətinin rəhbəri Londa Toloraia təsdiqləyir ki, “Yaşıl məktəbdəki” qız şagirdlərdən biri özünə xəsarət yetirdi.
“15 yaşlı şagirdin özünə xəsarət yetirdiyi haqqında məlumatı təsdiqləyirəm. Faktla bağlı istintaq aparılır” – dedi Londa Toloraia.
Yayılan məlumata görə, özünü öldürməyə çalışan şagird qız identifikasiya məqsədi ilə, müəllimlərə ölən Luka Siradze ilə yazışmasını göstərmişdi.
Toloraianın dediyinə görə, istintaq intensiv şəkildə davam edir.
Onun dediyinə görə, müstəntiq Mariana Çoloiani 15 yaşlı Luka Siradze xəstəxanada vəfat edənə qədər həbs edilmişdi.
Hadisə dekabrın 12-də Diğomi massivində baş verdi. Dekabrın 12-də, “Yaşıl məktəbdə” yeniyetmələr arasında baş verən insindetlə bağlı 15 yaşlı Luka Siradze sorğulanmaq üçün polis departamentinə aparılmışdı. Onun vəkilinin dediyinə görə, yeniyetməyə polis tərəfindən psixoloji təzyiq edilib və ona görə suiqəst edib.
Ölən uşağın yaxınları bəyan edirlər ki, polislər ondan xuliqanlıq etdiyini etiraf etməsini tələb edirdilər.
Yeni yetməyə polis tərəfindən edilən təzyiqlə bağlı istintaq aparılır.