Yaşı 50-dən yuxarı və yüksək riskli peşəyə sahib şəxslər üçün vaksinin üçüncü dozası ilə peyvəndləmə mümkün olacaq
Yaşı 50-dən yuxarı və yüksək riskli peşəyə sahib şəxslər vaksinin üçüncü dozası ilə peyvəndlənə biləcəklər.
Bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia, İmmunlaşdırma Şurasının iclasının başa çatmasından sonra bildirib.
“Şura, ikinci peyvəndləmədən altı ay sonra 50 yaşdan yuxarı şəxslərdə gücləndirici (buster) dozaların istifadəsini təsdiqlədi. Həmçinin, xroniki xəstəliyi olan istənilən yaş qrupundan olan insanlar , eləcə də tibb işçiləri, qapalı müəssisələrdə yaşayan insanlar və orada işləyən işçilər kimi yüksək riskli peşəyə sahib şəxslər üçün buster dozanın istifadəsi təsdiqlənib “-deyə Tamar Qabunia bildirib.
Bu vaxta qədər Gürcüstanda peyvəndləmə proqramı cəmi iki dəfə peyvəndləməyə əsaslanırdı.