Yaşayış sahəsi 230 məcburi köçkün ailəsinin mülkiyyətinə verilib

 

Gürcüstan hökumətinin sərəncamına əsasən, ölkə miqyasında, yaşayış sahəsi daha 230 məcburi köçkün ailəsinin mülkiyyətinə verilib .

Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, məcburi köçkün ailələri illərdir dövlət mülkiyyətində olan tikililərdə yaşayırdılar, müvafiq olaraq onlar mülkiyyət və sabitlik hisslərindən məhrum idilər.

Onların verdiyi məlumata əsasən, leqallaşdırma prosesi məcburi köçkünlərə, mülkiyyətlərinə verilmiş yaşayış sahələrini öz istəklərinə uyğun olaraq istifadə etməyə imkan verir.

“Son iki ildə qanuni mülkiyyətdə olan ərazilər artıq 800-dən çox məcburi köçkün ailəsi üçün leqallaşdırılıb və bu proses gələcəkdə də davam edəcək” -deyə nazirlikdən bildirilib.