2019-cu il yanvarın birindən texniki yoxlama bütün avtopark üçün məcburi olur. Yoxlamadan mühərrikinin həcmi 3 min kub santimetrdən az olan minik maşınları keçəcəklər.
Yoxlama mərhələ şəklində aid olacaq və bu, maşının qeydiyyat tarixindən asılıdır.
Dörd ilə qədər olan maşınlar yoxlamadan keçməyəcəklər. 4 ildən 8 ilədək maşınlar yoxlamanı ildə iki dəfə keçəcəklər. 8 ildən yuxarı maşınlar hər il yoxlanılacaq.
Yoxlamanın qiyməti minik maşınları üçün 60 lari, yük və sərnişin nəqliyyatları üçün 100 laridir. Pozuntunun aşkar olunduğu zaman, onun aradan qaldırılması üçün sürücüyə bir ay vaxt veriləcək. Təkrar yoxlama eyni mərkəzdə pulsuzdur. Pozuntunun aradan qaldırılmaması təqdirində sürücü 50 lari ilə cərimələnəcək.
Yoxlama üçün qeydiyyatdan keçməni planlaşdırmaq “www.pti.ge” saytında mümkündür. Həmçinin istənilən sullar ilə 1484 nömrəli qaynar xəttə zəng etmək mümkündür.