Yanvarın 14-də Şərqi Gürcüstanın bəzi bölgələrində buludlu hava, bəzi bölgələrində isə duman və qar gözlənilir, – bu barədə Birinci Kanala Milli Ətraf Mühit Agentliyinin Hidrometeoroloji Proqnozlar Xidmətinin rəhbəri Svetlana Nioradze bildirdi.
Gürcüstanın qərb bölgələrinə gəldikdə, sinoptiklər bəzi yerlərdə yağış, dağlarda və yüksək dağlarda qar gözləyirlər.
“Zemo İmereti və Kolxeti aranında sabah şərq istiqaməti küləyi güclənəcək. Sabah hava temperaturu 6-11 dərəcəyə qədər artacaq”, – Svetlana Nioradze bildirdi.
Hidrometeoroloji Proqnozlar Xidmətinin rəhbərinin qeyd etdiyinə görə, Tbilisdə yanvarın 14-də palçıqlı qar gözlənilir.