Yanvarın 13-dən Gürcüstanda hava kəskin pisləşəcək

 

 

Yanvarın 13-dən 17-dək Gürcüstanda hava şəraitinin kəskin şəkildə pisləşəcəyi gözlənilir, – bu barədə Milli Ekologiya Agentliyindən bildiriblər.

Konkret olaraq desək, havanın arabir yağmurlu olması, əsasən qar şəklində yağıntının düşməsi, bəzi yerlərdə güclü olacağı, temperaturun xeyli aşağı düşəcəyi, güclü küləkli olacağı, güclü qar, dağlıq və yüksək dağlıq ərazilərdə qar, duman və qar fırtınası olacağı gözlənilir.

Bununla yanaşı, dənizdə dörd-beş bal gücündə fırtına, yolların buz bağlaması, elektrik təchizatı xətlərində donma, dağlıq rayonlarda uçqun təhlükəsi gözlənilir.

“Avtomobil yollarının bəzi hissələrində güclü qar yağması, görmə məsafəsinin pisləşməsi, qar fırtınası, sürüşmə və qar uçqunları səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər”- deyə Milli Ətraf Mühit Agentliyindən bildirilib.