Yan Kelli - Rusiyanın hərəkətləri münaqişənin tənzimlənməsinə imkan yaratmayacaq
Yan Kelli - Rusiyanın hərəkətləri münaqişənin tənzimlənməsinə imkan yaratmayacaq

ABŞ-ın Gürcüstandakı səfiri, Yan Kellinin bəyanatına görə, Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın defakto hökumətləri ilə imzalanmış üzdəniraq razılaşmanı ratifikasiya edilməsi qəbuledilməzdir. Bu barədə yan Kelli Bodbedə, Ninooba bayramında iştirak etdiyi zaman bəyan etdi. Burada o, həyat yoldaşı ilə birlikdədir.

ABŞ-ın Gürcüstandakı səfiri, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərfindən rəsmi veb səhifəsində Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bəyanata əks səda verdi və bəyan etdi ki, Rusiyanın hərəkətləri münaqişənin tənzimlənməsinə imkan yaratmayacaq.

Bəyanatda deyilir ki, ABŞ Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın defakto hökumətləri ilə imzalanmış üzdəniraq razılaşmanı qınayır. “Biz üzdəniraq “razılaşmanı” tanımırıq. Real olaraq onün gücü yoxdur və beynəlxalq razılaşmanı təmsil etmir. Amerika Birləşmiş Ştatlarının Abxaziya və Cənubi Osetiyaya qarşı mövqeyi dəyişməzdir. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, – Dövlət Departamenti rəsmi veb səhifəsində deyilir.