Yan Kelli - Biz sevinirik ki, Gürcüstan əsas diqqəti keçmişə deyil, gələcəyə doğru yönəldib
Yan Kelli - Biz sevinirik ki, Gürcüstan əsas diqqəti keçmişə deyil, gələcəyə doğru yönəldib

Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki səfiri Yan Kelli hesab edir ki, Mixail Saakaşvili ilə bağlı prosesin ədalətli şəkildə aparılması önəmlidir.

Yan Kellinin jurnalistlərə dediyinə görə, ABŞ Ukraynada baş verən hadisələri diqqətlə izləyir.

“Bu məsələnin Gürcüstana aidiyyatına gəlincə isə, düşünürəm ki, o Gürcüstanın artıq sabiq lideridir. Biz istəyirik ki, Gürcüstan artıq irəliyə baxsın və daha da inkişaf edib, daha da müvəffəqiyyətli olsun. Biz sevinirik ki, Gürcüstan əsas diqqəti məhz gələcəyə doğru yönəldib” – dedi Yan Kelli.