Yaxın Şərqdən turistlərin cəlb edilməsi məqsədi ilə, Gürcüstan Beynəlxalq Dubai Turizm sərgisində iştirak edir
Yaxın Şərqdən turistlərin cəlb edilməsi məqsədi ilə, Gürcüstan Beynəlxalq Dubai Turizm sərgisində iştirak edir

Yaxın Şərqdən turistlərin cəlb edilməsi məqsədi ilə, Gürcüstanın İqtisadiyyat Nazirliyi  Beynəlxalq Dubai Turizm Sərgisində (ATM Dubai) iştirak edir.

Turizm administrasiyasının mətbuat xidmətinin məlumatına görə, sərgidə Milli Turizm Administrasiyası ilə birlikdə Acarıstanın Turizm və kurortlar departamenti və WST Georgia, Guide of Georgia, Georgian Holidays, Voyager, Travel to Georgia 2010, Arrival DMC, The Biltmore Hotel şirkətləri də iştirak edirlər.

“Birləşmiş Ərəb Emirlikləri Gürcüstan üçün məqsəd bazarıdır və sərgidə iştirak edərək, yerli turizm şirkətlərinə yeni əlaqələr qurmaq və Yaxın Şərq ölkələrinin turoperatorlarına turist paketlərini təqdim etmək üçün imkan veriləcək, – deyilir Milli Turizm administrasiyasının məlumatında.

Administrasiyanın məlumatına görə, beynəlxalq Dubai Turizm sərgisində dünyanın 150-dən çox ölkəsinin 2 500-dən artıq şirkəti təqdim olunub. Sərgiyi görənlərin sayı isə, təqribən 40 mindir.