Dubayda keçirilən dünya kuboku yarışında gürcü para-idmançısı, Yaqo Qorqadze uğurla yarışdı.
107 kiloqram çəki kateqoriyasında yarışan gürcü para-idmançısı 180 və 185 kiloqramı uğurla dəf etdi və dünya kubokunda üçüncü yeri götürdü. Yaqo Qorqadze ilk gürcü para-olimpiyaçı və 2008-ci il Pekin para-olimpiya oyunlarının iştirakçısıdır.
Uğurlu gürcü para-idmançısı dünya kuboku yarışmasından Tbilisiyə sabah, saat 15:30-da qayıdacaq.