Xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və işə keçirilməsində təqsirləndirilən şəxs barəsində 14 il müddətinə həbs-qətimkan tədbiri seçilib
Xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və işə keçirilməsində təqsirləndirilən şəxs barəsində 14 il müddətinə həbs-qətimkan tədbiri seçilib

 
Batumi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutlarla tam şəkildə razılaşaraq xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və işə keçirilməsində təqsirləndirilən xarici ölkə vətəndaşını təqsirli bilib.

Prokurorluğun yaydığı məlumat üzrə, məhkəməyə təqdim edilən dəlillər şübhəsiz təsdiq edib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq, xüsusilə külli miqdarda – 36,4801 qr “Methamphetamine” və 145 807 qr. “MDMA”i əldə edib və saxlayıb və 0,6245 qr. “Methamphetamine”i və 1,9208 qr. “MDMA” -i vətəndaşa işə keçirib.

“Təqsirləndirilən şəxsin müvəqqəti yaşadığı evdə aparılan axtarış nəticəsində 143,8862 qram “MDMA” və 35,8556 qr.
“Methamphetamine”i götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2023-cü ilin iyunun 29-da Batumidə saxlayıblar. Onun barəsində, Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “A” yarımbəndi (Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılması) və 5-ci hissəsinin “A” yarımbəndi və 7-ci hissəsinin “A” yarımbəndi (Külli və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq işə keçirilməsi) ilə ittiham irəli sürülüb.

Batumi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ittihamlar üzrə tam təqsirli bilib və barəsində 14 il müddətinə həbs-qətimkan tədbiri seçib” – məlumatda qeyd olunur.