Xroniki xəstəlikdən əziyyət çəkən 12 yaşdan yuxarı uşaqlar üçün koronavirusa qarşı peyvəndləmə mümkün olacaq

 

Xroniki xəstəlikdən əziyyət çəkən 12 yaşdan yuxarı uşaqlar üçün koronavirusa qarşı peyvəndləmə mümkün olacaq.

Bu barədə İmmunlaşdırma Şurası bugünkü iclasında qərar qəbul edib.

“Yaşı 12 -dən 15-ə dək olan uşaqların peyvəndlənməsinə gəlincə, bu mərhələdə yalnız xroniki xəstəliklərdən əziyyət çəkən uşaqların peyvənd edilməsinə dair rekomendasiya veririk” – deyə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Bu vaxta qədər Gürcüstanda “Pfizer” peyvəndi ilə vaksinasiya 16 yaşdan etibarən mümkün idi.