Xorvatiyanın xarici işlər naziri- Aİ-nin genişlənməsini dəstəkləyirik, Avropa perspektivini gözləyən ölkələrə aydın mesaj verməliyik
Xorvatiyanın xarici işlər naziri- Aİ-nin genişlənməsini dəstəkləyirik, Avropa perspektivini gözləyən ölkələrə aydın mesaj verməliyik

 

Biz Avropa İttifaqının genişlənməsinin tərəfdarıyıq. Avropa perspektivini gözləyən ölkələrə aydın mesaj verməliyik-bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Qriliç-Radmani Aİ-nin Xarici Əlaqələr Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, təcavüzü dayandırmaq üçün Rusiyaya təzyiqləri artırmaq lazımdır.

” Region bir çox problemlərlə üz-üzədir. Ukraynadakı müharibənin mənfi təsirləri və nəticələri var. Bu gün Qərbi Balkandan olan tərəfdaşların Aİ-yə qoşulması prosesini dəstəkləmək üçün güclü mesaja ehtiyacımız var. Albaniya, Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlanılmalı və Kosovo ilə viza liberallaşdırılma məsələsində irəliləmək lazımdır. Təəssüf ki, Ukraynada biz daha çox dağıntılar, daha çox insan tələfatı görürük. Müvafiq olaraq, təcavüzün dayandırılması üçün Rusiyaya təzyiqlərin artırılmasına ehtiyac var. Xorvatiya sanksiyalar zərfini dəstəkləyir. Xorvatiya geostrateji mövqeyi və infrastrukturu əsasında enerji təhlükəsizliyini təmin edə bilər. Biz Aİ-nin genişlənməsini təkcə Qərbi Balkanlara yönəlik dəstəkləmirik. Bu, bizim birbaşa qonşuluğumuzdur. Biz Avropa perspektivini gözləyən ölkələrə aydın mesaj verməliyik.Üçüncü ölkələrdən gələn domino effektinin qarşısını almalıyıq” -deyə Qordan Qriliç-Radmani bildirib.