XİN-Tik-Tok-dakı mövcud  xətalar aradan qaldırılıb,veb səhifədə Gürcüstanın işğal altındakı bölgələrindən  müstəqil vahidlər olaraq bəhs edilmir
XİN-Tik-Tok-dakı mövcud  xətalar aradan qaldırılıb,veb səhifədə Gürcüstanın işğal altındakı bölgələrindən  müstəqil vahidlər olaraq bəhs edilmir

 

 

Tik-Tok sosial platformasındakı mövcud  xətalar aradan qaldırlıb, veb səhifədə Gürcüstanın işğal altındakı bölgələrindən  müstəqil vahidlər olaraq bəhs edilmir.

Gürcüstanın XİN-dən qeyd olunduğu kimi, bəhsi keçən xətaların aradan qaldırılması məqsədi ilə,qurum  Çin tərəfi ilə həm Tbilisidə ,həm də Pekində  aktiv işlər aparıb.

“Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatı, eləcə də Çindəki səfirliyimiz məlumat yayılan kimi bu məsələ üzərində işləməyə başladı. Tbilisi  və Pekində görüşlər  keçirildi,  o cümlədən Çindəki səfirimiz şirkət rəhbərliyi ilə görüşdü,  görüş zamanı onlar bəhsi keçən xətaya görə üzr istədilər və tezliklə düzəldiləcəyinə söz verdilər. Ümumiyyətlə, Xarici İşlər Nazirliyi hər zaman Gürcüstanın işğal olunmuş ərazilərindən  müstəqil vahidlər olaraq bəhs  edilməsinə  reaksiya verir. Nazirlik və  səfirliklər vasitəsi ilə, subyektlər və ya təşkilatlar tərəfindən Gürcüstanın işğal altındakı  bölgələrinə yönəlik  istifadə olunan səhv  tərifin düzəldilməsinə dair faktlar dəfələrcə olub.Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq bizim  fəaliyyətinin əsas hissəsidir ”, – deyə nazirlikdən bildirilib.

 

Hazırladı-Sevinc Mustafayeva