XİN-son göstəricilərə  görə,xaricdəki  20 538 Gürcüstan vətəndaşına yerindəcə  yardım göstərilib,vətənə isə 11 235 nəfər qayıdıb
XİN-son göstəricilərə  görə,xaricdəki  20 538 Gürcüstan vətəndaşına yerindəcə  yardım göstərilib,vətənə isə 11 235 nəfər qayıdıb

Gürcüstanın XİN-dən verilən məlumata əsasən, mayın 16-na olan göstəricilərə görə,Gürcüstanın diplomatik nümayəndəlikləri  yerindəcə  20 538 Gürcüstan vətəndaşına yardım göstəriblər,hökumətin dəstəyi və Koordinasiya Şurası tərəfindən planlaşdırılmış reyslərlə ,quru və dəniz yolları ilə,təşkil olunmuş şəkildə vətənə 11 235 nəfər qayıdıb.

Gürcüstanın XİN-nin veb səhifəsində ,Covid 19-un yayılması şərtlərində xaricdəki Gürcüstan vətəndaşlarına yardımla bağlı  göstəricilər  gündəlik olaraq yenilənir.

Yaxın gələcəkdə,Koordinasiya Şurası tərəfindən təyin olunmuş aviareyslər çərçivəsində aşağıda sadalanan uçuşlar həyata keçiriləcək:

18 may Larnak-Tbilisi,20 may Afina-Tbilisi,22 may Roma –Tbilisi

 

 

Hazırladı-Sevinc Mustafayeva