Xilasedicilər Pşavidə təbii fəlakət zonasında kişi meyiti tapıblar
Xilasedicilər Pşavidə təbii fəlakət zonasında kişi meyiti tapıblar

 

Xilasedicilər Pşavidə təbii fəlakət zonasında kişi meyiti tapıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti yayır.

“DİN-in İctimai Təhlükəsizliyin İdarəetmə Mərkəzinə 112-yə, Pşavidə dağdan gələn yığıntının motosikllə hərəkət edən əcnəbi vətəndaşın çaya düşərək , yoxa çıxmasına səbəb olması barədə məlumat daxil olub.

Fövqəladə Halların İdarə Edilməsi Xidməti bildiriş daxil olan andan etibarən itkin düşmüş şəxsin yerinin müəyyən edilməsi üçün müvafiq axtarış işlərinə başlayıb. Ən qısa zamanda təbii fəlakət zonasında çalışan Yanğın -xilasetmə idarəsinin qrupları prosesə qoşulublar, onlar tərəfindən çətin relyefə və çayın daşmasına baxmayaraq, Araqvi çayının su səthinə və sahil zolağına baxış keçirilib.

Vətəndaşın axtarış-xilasetmə tədbirləri çərçivəsində xidmətin əməkdaşları kişi meyiti tapıblar” -deyə məlumatda qeyd olunur.